Satış üzrə direktor
- TABIA Group MMC aktivləri üçün satış planının hazırlanmasına və tətbiq edilməsinə nəzarət etmək və müvafiq Qrup satış siyasəti sənədlərinin tərtibatında iştirak etmək;
- Hotellərin baş menecerləri, Gəlirlər üzrə menecer, Marketinq, Otaq əməliyyatları üzrə direktor, İaşə şöbəsi və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək qrup daxilində bütün satış fəaliyyətlərində strateji idarəetməni təmin etmək.
- TABIA Group MMC aktivlərinin satış komandalarının (hər bir müəssisənin baş menecerinə birbaşa hesabat verən və Qrup satış menecerinə dolayı yolla hesabat verən) gündəlik monitorinqini və hər bir hotelin satış komandasının satış hədəflərinə nail olması məqsədilə müvafiq kommunikasiya yaradılmasını təmin etmək;
- Satış planında qeyd olunan hədəflərə çatmaq məqsədilə qiymətlər və təşviqatı əhatə edən korporativ, turizm agentlikləri və pərakəndə satış strategiyasının hazırlamasını təmin etmək;
- Strateji satış məqsədlərinin hər bir müəssisə üzrə satış komandasına çatdırılmasını təmin etmək;
- Turizm agentliyi, turizm xidmətləri göstərən təşkilatlar, OTA (Onlayn Turizm Agentliyi), korporativ, MICE (Görüşlər, Təşviqlər, Konfranslar, Sərgilər) və SMERF (Sosial, Hərbi, Təhsil, Dini və oxşar kateqoriyalar) seqmentlərindən istifadə etməklə gəlir axınlarının artımını təmin etmək;
- Satış nəticələrini izləmək (korporativ və agentliklərin satış məhsuldarlığı, gəlirlilik və s.), ehtiyac olduqda düzəliş etmək üçün fəaliyyət həyata keçirmək;
- Qrupun fəaliyyəti ilə əlaqədar bütün avtomatlaşdırılmış satış və rezervasiya sistemlərinin fəaliyyətinin davamlılığını təmin etmək və onları inkişaf etdirmək;
- TABIA Group MMC müəssisələri arasında detallı və müqayisəli analizlər aparmaq, habelə rəqib hotellərdəki inkişaf fəaliyyətlərini (doluluq, struktur dəyişikliklər, təmirlər, xüsusi kampaniyalar, qiymət kampaniyalarını fəaliyyətləri, tədbirlər və s.) yaxından izləmək;
- Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.
Tələblər:
Təhsil:
- Ali təhsil
İş təcrübəsi:
- Satış sahəsi üzrə şöbə rəhbəri vəzifəsində minimum 5 il idarəetmə təcrübəsinə malik olmaq (hotel idarəçiliyi, aviaşirkət və ya turizm agentliyi)
Bilik və Bacarıqlar:
- Müştəri məlumat bazalarını idarə etmək bacarığı;
- CRM və loyallıq proqram təminatını dərindən başa düşməli;
- Ölkədaxili və beynəlxalq səyahətlər üçün giriş-çıxış məhdudiyyətlərinin olmaması;
- Peşəkar statistik proqram təminatı və ya ən azı MS Excel-də satış analitikasını həyata keçirmək bacarığı;
- Yerli və xarici səyahət bazarları haqqında ekosistemi bilmək;
- Korporativ və ticari hesabların idarə edilməsi və inkişaf etdirilməsi bacarığı;
- Liderlik bacarığı;
- Komandada işləmək;
- Dəyişikliklərə uyğunlaşa bilmək;
- Satış komandasını motivasiya etmək, yönləndirmək və inkişaf etdirmək;
- Planlama və təşkilatçılıq;
- Təşkilati həssaslıq.
Vakansiyaya müraciət üçün son tarix: 31.08.2026
Kompüter bilikləri:
- Microsoft Office və Opera proqram təminatından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yüksək səviyyədə;
İndi müraciət edin